Print this page

Elman Quliyevə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin mükafatı verilib

19 Mart 2022

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti (ÖADC) Novruz bayramı münasibətilə Azərbaycanın bir sıra tanınmış elm, mədəniyyət, ədəbiyyat xadimlərini ölkələr arasında dostluq, əməkdaşlıq, mədəniyyət, humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi, xalq diplomatiyasının inkişafı yolundakı xidmətlərinə görə mükafata layiq görüb.

 

Cəmiyyətin fəxri diplomuna layiq görülənlər sırasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru professor Elman Quliyev də var. Mükafata həmçinin AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli,  Azərbaycan Yazıçılar Birliyinin (AYB) şöbə müdiri, şair, tərcüməçi Sayman Aruz, AYB-nin Gənclər Şurasının sədri şair Fərid Hüseyn, Prezident təqaüdçüsü şair Fuad Cəfərli, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdar artisti tarzən Sahib Paşazadə layiq görülüblər.

Bu barədə qərarı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilən tədbirdə ÖADC-nin icraçı direktoru Erkin Nuriddinov elan edib, fəxri diplomlar Azərbaycan tərəfinə çatdırılması üçün AMM-yə təqdim olunub.

Qeyd edək ki, ÖADC mütəmadi olaraq Azərbaycan-Özbəkistan dostluğu istiqamətində AMM ilə sıx əməkdaşlıq edir və hər il bu istiqamətdə çoxsaylı tədbirləri reallaşdırır.