Print this page

ÖZBƏKİSTAN SƏFİRİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLDU

15 Mart 2022

Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov martın 14-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevavə institutda Özbəkistanla bağlı tədqiqatlar aparan alimlərlə görüşüb.

 

Görüşdə Azərbaycan və Özbəkikistan arasındakı əlaqələrdən söz açılıb. Akademik G.Baxşəliyeva səfirə İnstitutda aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib. O, şərqşünas alimlərin özbək tarixi, ədəbiyyatı ilə bağlı nəşr olunan kitabları barədə səfirə ətraflı danışıb.

Görüşdə iştirak edən institutun “Mərkəzi Asiya ölkələri şöbəsinin əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Təranə Həşimova və hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev özlərinin Özbəkistanla bağlı tədqiqatlarından bəhs ediblər.

Görüşdən məmnunluğunu bildirən səfir Bəhram Əşrəfxanov AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Özbəkistanın müvafiq elm və təhsil qurumlarının əməkdaşlıqlarının genişlənməsinin vacibliyndən danışıb və bu işdə Özbəkistan səfirliyinin dəstək göstərməyə hazır olduğunu bildirib.