Konfransda AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva “Böyük Azərbaycan şairi Füzuli Bağdadi yaradıcılığında məhəbbət konsepsiyası və qədim ərəb üzri lirikası”, institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü “Azərbaycan-ərəb ədəbi əlaqələri tarixində Füzuli Bağdadinin ərəb şeirlərinin əhəmiyyəti”, “Din və ictimai fikir tarixi” şöbəsinin əməkdaşı Elnur Mustafayev "Məhəmməd Füzulinin "Hədiqətus-süəda" divanı (Azərbaycan klassik nəsr janrının nümunəsi kimi)" mövzusunda məruzə ediblər. İştirakçılar Məhəmməd Füzulinin yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq, onun həm ərəb-Azərbaycan ədəbi əlaqələri, həm də Azərbaycan ədəbiyyatındakı mövqeyini işıqlandırıblar.
Məruzələr konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan təmsilçilərinə sertifikatlar təqdim edilib.