Konfransda 40 ölkədənnümayəndə iştirakedib. Ə.İsmayılova konfransda “The “Crescent” of the Middle East” (Yaxın Şərqin “Hilal”ı) mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Məruzədə tanınmış ərəb yazıçısı, publisist, tarixçi, tədqiqatçı Cürci Zeydanın 1892-ci ildə Misirin Qahirə şəhərində təsis etdiyi “Əl-Hilal” jurnalı haqqında, onun hansı səbəbdən bu ad altında çap olunması və ərəb ədəbi-mədəni fikrinin təbliğində rolu barədə ətraflı məlumat verilib. Yeni maarifçiliyin əsasını qoyan və bununla da öz ətrafına təkcə ərəb Şərqində yox, bütün dünyada böyük oxucu kütləsi yığa bilən bu jurnal haqqında məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.