Prof. M. Kazımovun kitabı Nizaminin “Xəmsə”sinin beş unikal poemasından biri olan “Həft peykər”ə və XIV-XVIII əsrlərdə ona yazılmış nəzirələrin kompleks araşdırlmasına həsr olunub. Kitabda qeyd olunur ki, “Həft peykər”də ədəbi və folklor mənbələri sıx şəkildə çulğalaşıb, kökləri qədim dövrlərə gedən süjet-kompozisiya üsullarından istifadə olunub. Bu əsərdə ciddi mühakimə və qiymət tələb edən dərin fəlsəfi-ictimai məsələlər qaldırılıb, eyni zamanda hadisələrin müəmmalılığı və incəliyi ilə təcəssüm olunan əyləncəli başlanğıc əks olunub. Və nəhayət bu əsər Şərqdə geniş ədəbi münasibətlər, orta əsrlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və şəhər həyatının çiçəklənməsindən xəbər verir. Nizami bu əsərdə illərlə müdrik mütəfəkkir, eyni zamanda şeirinin ahəngdarlığı ilə oxucunu cəlb edən, poetik nümunələrin işlənməsində sonsuz imkanları olan sənətkar kimi görünür. Poema xüsusi cazibədarlığa malikdir. Onun təsiri, “Xəmsə”nin bütün poemaları kimi Azərbaycan sərhədlərini aşıb, müxtəlif ölkələrdə və müxtəlif dillərdə ona cavablar yazılıb. Çoxsaylı şairlər məhz “Həft peykər”i istinad nöqtəsi seçərək Nizaminin ardıcıllarına çevriliblər.
Nizaminin “Həft Peykər” poeması poetikanın bir sıra problemləri işığında tədqiq edilib. “Həft Peykər”də əsər və məkan-zaman münasibətlərinin janr sinkretikliyinə nəzər salınıb, süjetlərin genezisi onların XIV-XVIII əsrlərdə sonrakı transformasiyasında izlənilib. Nizami davamçılarının təhlilində poetik “cavab”ın bir sıra səciyyəvi xüsusiyyətlərinin əksi göstərilib, nəzirədə normativlik və yaradıcılıq fərdiliyi məsələləri araşdırılıb, janr formasının təkamülü, təsvir vasitələrinin istifadəsi tədqiq edilib.