Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI İSTANBULDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB

14 Fevral 2022

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Yaxşıxanım Nəsirova 11-13 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində onlayn formatda keçirilən «3 qitədə Osmanlı imperatorluğu araşdırmaları» 2-ci beynəlxalq konfransında iştirak edib.



Konfransda 20-yə yaxın ölkədən nümayəndə iştirak edib. Y.Nəsirova konfransda «1728-ci il tarixli Osmanlı sənədinə görə Urmiyada və Salmasda qeyri-müsəlman əhali» adlı məruzə ilə çıxış edib. Məruzə «Defter-i müfəssəl-i liva-i Xalxal və liva-i Urumi» adlı Osmanlı arxiv sənədinin məlumatları əsasında hazırlanıb. Məruzədə XVIII əsrin əvvəllərində Osmanlı hakimiyyəti altına keçmiş Urmiya və Salmas bölgələrində yaşamış əhalinin dini-etnik xüsusiyyətləri əks olunub, mövzuya aid statistik məlumatlar təqdim edilib.