Yanvarın 19-da Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Göyçay nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisi kimi” adlı onlayn konfrans keçirilib.
Konfrans 20 Yanvar şəhidlərinin yad edilməsi ilə başlayıb. Konfransın qonaqları AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun rəhbəri, gənc alim Şəfa Mövsümovun çıxışları dinlənilib.
Konfrans zamanı SSRİ-nin xalqımıza qarşı törətdiyi amansız cinayətlərdən, xalqın azadlıq səsini ucaltdığı, suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdən söz açılıb, videoçarx nümayiş etdirilib.
Sonda qonaqlar görüş iştirakçılarının ünvanladığı sualları cavablandırıb.