Yanvarın 20-də Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə “20 yanvar- Müstəqilliyə gedən yol” mövzusunda onlayn elmi seminar keçirilmişdir. Kompleks əməkdaşlarının iştirakı ilə keçirilən seminarda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d, dosent Sübhan Talıblının mövzu ilə əlaqədar məruzəsi dinlənilmişdir. Tarixçi alim məruzəsində 20 Yanvar 1990-cı il tarixində uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığını və müstəqillik yolunda şərəfli bir tarix yazıldığını həmin dövr hadisələrini təhlil etməklə seminar iştirakçılarının nəzərinə çatdırmışdır.