Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Elvüsal Məmmədov. Tarixi və müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər.

29 Dekabr 2021

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Tarixi və müasir kontekstdə dəyər (əxlaq) problemi: analitik-komparativ qeydlər” kitabı çaprda çıxıb.

Kitabda ilk növbədə dəyər anlayışı izah edilir, fərdi və sosial müstəvidə dəyərlərin əhəmiyyəti və funksiyaları, dəyərlərin mənbəyi göstərilir. Əxlaq və dəyərlər problemini tarixi-müqayisəli şəkildə təhlil edən müəllif Qərb və müsəlman rasional fikir tarixində əxlaq və dəyərlər mövzusunu nəzərdən keçirir. Əsərdə islamda əxlaqa münasibət, islam əxlaqının və islama görə mənəvi dəyərlərin səciyyəvi xüsusiyyətləri araşdırılır.

 

Tədqiqatçı həmçinin azadlıq məfhumunu dəyərlər baxımından nəzərdən keçirir, azadlıq və məsuliyyətin sərhədlərindən bəhs edir. Eyni zamanda modernizm və dəyərlərin aşınmasından söz açan müəllif qloballaşan dünyada dəyər və əxlaq məsələsinə münasibət məsələsini təhlil edir, dini  əxlaqi dəyərlərin baza prinsipi kimi nəzərdən keçirir.

Download Template Joomla 3.0 free theme.