Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazandığı, bu müharibədə 2914 igid oğlumuzun torpaqları azad etmək uğrunda canlarından keçməklə ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldikləri qeyd edilib. Bu şanlı qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.