Fərda Əsədov konfransda “Azərbaycan Demokratik Respublikasının liderlərinin məktublarında (1920-1922-ci illər) bolşevik hakimiyyətinin imperiya təbiəti haqqında” mövzusunda məruzə edib. Şərqşünas alim məruzəsində Azərbaycan Demokratik Respublikasının liderlərinin məktublarından bəhs edərək, Respublikanın banisi M.Ə.Rəsulzadənin Stalinə olan məktubundan ətraflı danışıb.
Gülər Qafqazlı “Orta əsrlər Osmanlı arxiv materialları əsasında İrəvanın qısa tarixçəsi" mövzusunda məruzə edib. G.Qafqazlı İrəvan sözünün etimologiyası, Osmanlı arxiv materialları və mənbələrində İrəvanın Azərbaycana mənsubluğu, toponimikası, əhalisi və s. haqqında məlumat verib. Məruzəçi eyni zamanda ermənilərin yanlış fikirlərini də ifşa edib.