Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI ABŞ-DA BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB

05 Oktyabr 2021

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova 3-5 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatlarında keçirilən V Beynəlxalq Nyu-York disiplinlər arası araşdırmalar və təcrübədə tendensiyaların inkişafı konfransında iştirak edib.

Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas “Bruklin yüksəklikləri”ndə mühacir həyatı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə müasir ərəb ədəbiyyatında “mühacirlər mövzusu”na toxunulub və müxtəlif səbəblərdən ABŞ-a köçən ərəblərin timsalında mühacir həyatı ilə bağlı reallıqlar məşhur misirli yazıçı Miral Ət-Tahavinin “Bruklin yüksəklilkləri” əsəri əsasında diqqətə çatdırılıb.