AMEA akademik Z.Bwnyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Gülər Qafqazlı Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi “Yaxın Şərq və Qafqaz” XXI əsrin geosiyasətində” mövzusunda dəyirmi masada iştirak edib.
Onlayn şəkildə keçirilən tədbirə Azərbaycan, Rusiya, Türkiyə və Almaniyadan alimlər qatılıb.
Gülər Qafqazlı seminarda Türkiyənin Qafqazda mövqeyindən və Zəngəzur dəhlizindən danışıb.