Seminarda Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi Aygün Yusubova “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə ilk dəfə olaraq Yaxın Şərqdə romantik poemanın əsasını qoymuş bir sənətkar olduğunu söyləyərək, əsrlər boyu müxtəlif dillərə tərcümə olunmuş bu əsərə türk divan şairləri tərəfindən dəfələrlə müraciət edilmişdir. Bu sənətkarlardan birinin də XVI əsr türk şairi Əhməd Rıdvan olduğunu qeyd edən A.Yusubova, şairin Nizami yaradıcılığına yazdığı nəzirələrdən geniş söhbət açaraq, bu təsirin xüsusiyyətlərindən bəhs edib.
Daha sonra məruzə ətrafında müzakirə aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.