Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “MUSTAFA KAMAL ATATÜRK – TÜRK DÜNYASININ BÖYÜK ÖNDƏRİ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLƏCƏK

17 May 2021

Mayın 18-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti, böyük siyasi və hərbi xadim Qazi Mustafa Kamal Atatürkün 140 illik yubileyinə həsr olunan “Mustafa Kamal Atatürk – Türk dünyasının böyük öndəri” mövzusunda elmi konfrans keçiriləcək.

AMEA-nın əsas binasının kiçik akt zalında keçiriləcək tədbir saat 10:30-da başlanacaq.