Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA “NİZAMİ GƏNCƏVİ VƏ ŞƏRQ ƏDƏBİYYATLARI: ƏDƏBİ TƏSİRİN HÜDUDLARI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLƏCƏK

12 Mart 2021

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunmuşdur. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq  İnstitutu bu sərəncama uyğun olaraq  24 sentyabr 2021-ci il tarixində “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda Beynəlxalq Elmi Konfrans təşkil edəcək. Şərqşünaslıq İnstitutu beynəlxalq elmi konfransda iştirak üçün məruzələrin tezislərinin qəbulunu elan edir.

 

Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir.

Məruzə tezislərinin qəbuluna dair tələblər:

- Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, səhifələrarası interval 1.5 olmaqla yazılmalıdır;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir;

- Mətnin kənarındakı boşluqlar:

Sol tərəf – 3 sm;

Sağ tərəf – 1 sm;

Yuxarı hissə - 2 sm;

Aşağı hissə - 2 sm.

Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt  ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 31 avqust 2021-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.

Telefon: 050-484-95-75.