1971-ci ildə “İraq şairi Cəmil Sidqi əz-Zəhavinin həyat və yaradıcılığı” mövzusunda namizədlik, 2003-cü ildə “İraqda neoklassik poeziya” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə AAK tərəfindən professor diplomuna layiq görülüb.
V.Cəfərov “Cəmil Sidqi əz-Zəhavi”, “İraqda neoklassik poeziya”, “Əliqılınclı zülfüqar”, “Qürbətdə yaranan dostluq”, “İraq-Türkiyə poetik əlaqələri” kitablarının müəllifidir. Həmçinin alimin görkәmli әrәb yazıçısı Cürci Zeydandan tərcümə etdiyi “Fәrqanә gәlini” romanı, tərtib edərək müqəddimə və şərhlərlə çap etdirdiyi “A.İmanquliyeva. Məqalələr və tərcümələr” kitabı işıq üzü görüb. 100-dən çox məqalənin müəllifidir. Məqalələri Rusiya, Türkiyə, Rumıniya, Türkmənistanda çap olunub.
V.Cəfərov Şərqşünaslıq İnstitutunun Elmi Şurasının, İnstitutda “Dünya ədəbiyyatı” üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Müdafiə Şurasında Seminar Komussiyasının sədri olub. BDU, Qafqaz və Təfəkkür Universitetlərində dərs deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.