Müəllif, məqlədə XV-XVI əsrlərdə Azərbaycan ərazisində mövcud olan ictimai-siyasi vəziyyət haqda məsələlərə toxunub, Səfəvilər dövlətinin qurulmasında dini-fəlsəfi düşüncələrin təsirləri barəsində məlumatları paylaşıb. Elnur Mustafayev, həmçinin Səfəvilər dövlətinin elan edilməsindən sonra aparılmış dini islahatlar barəsində mövzuları işıqlandırıb və həmin dövrün dini-siyasi dünyagörüşündə mehdilik inancının rolu haqda problemləri tədqiq edib.