Tədbirdə AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev də iştirak edib. Uzun illər İpək Yolunun tədqiqi sahəsində fəaliyyət göstərən və YUNESKO-nun İpək Yolu ilə bağlı layihələrində iştirak edən akademik ICOMOS tərəfindən bu müşavirəyə beynəlxalq ekspert kimi qatılmaq üçün dəvət almışdır. Görüşdə azərbaycanlı alim ölkəmizin İpək Yolu Transmilli Seriya Nominasiyası layihəsinə 2018-ci ildə rəsmi şəkildə qoşulduğunu qeyd edib. O, antik dövr və orta əsrlərdə Azərbaycan tarixinin İpək Yolu ilə sıx şəkildə bağlı olduğunu, Azərbaycan ərazisindən bir sıra mühüm beynəlxalq ticarət marşrutlarının keçdiyini və onların üzərində bu gün də dünya əhəmiyyətli tarixi abidələrin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, ölkəmizin YUNESKO-nun bu önəmli layihəsində perspektivlərini yüksək qiymətləndirib.