Jurnalın səhifələrində həmçinin Abay Kunanbayevin 175 illiyi ilə bağlı nəşr, tədbirlər haqqında məlumat və bu görkəmli qazax ədibinin yaradıcılığına dair elmi məqalələrlə tanış olmaq olmar.
Jurnaldakı elmi məqalələr sırasında görkəmli şərqşünas alim Aida İmanquliyevanın fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı, S.C.Pişəvərinin İran Xalq Partiyasına üzvlüyü, “Munisnamə”də adları çəkilən bəzi sufilər, Həsən Məcidzadə Savalanın əsərlərində xalq adət və ənənələrinin əksi, İslam dünyasında fəlsəfi məktəblər və digər məsələlər barədə yazılar da yer alır.
Həmçinin Şərqşünaslıq İnstitutunun son tədqiqatları, beynəlxalq əlaqələri, İnstitutda əldə edilən uğurlar, çap olunan kitablar, keçirilən tədbirlər barədə də jurnaldan məlumat almaq olar