Məqalədə türk-İslam əbru sənətinin tarixi və yayılma coğrafiyası araşdırılır. Bu gün bütün dünyada bir türk sənəti olaraq tanınan bu əlyazma sənətinin tətbiq üsulu və növlərindən bəhs edən müəllif bu sənətin fəlsəfəsini şərh etməyə, açmağa çalışır. O, əbru sənətinin "Təvəkkül" prinsipinə əsaslandığından İslam dəyərləri ətrafında formalaşdığını və inkişaf etdiyini qeyd edir. Məqalədə həmçinin Şərq mədəniyyətinin Qərb dünyasına təsiri və Qərb modernist cərəyanlarında əbru sənətinin izləri araşdırılır.