Konfransda ilk məruzəni AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Elman Quliyev edib. "Qazax ədəbiyyatının inkişafında Kunanbayevin rolu" mövzusunda məruzəsində o, Abay Kunanbayevin həm ictimai xadim, həm yazar kimi qazax xalqına böyük xidmət göstərdiyini vurğulayıb. Məruzəçi klassik qazax ədəbiyyatının qurucusunun, eyni zamanda modern ədəbiyyat olaraq maarifçi-realist, tənqidi-realist ədəbiyyat istiqamıtində xidmətlərindən danışıb. E.Quliyevin qazax maarifçi realist ədəbiyyatının banisi Abay Kunanbayevin xalq şeiri ənənlərinə bağlı olaraq, realist təsvir üslubunun zənginliyi, maarifçilik ideyalarının və milliliyin təbliği, ictimai bərabərsizliklərə, sosial eybəcərliklərə, savadslzlığa, cəhalət, xurafat və s.-yə tənqidi münasibət baxımından da qazax ədəbiyatının mövqeyini formalaşdıra bildiyini qeyd edib.