Print this page

ELNUR MUSTAFAYEV ƏLCƏZAİR DÖVLƏT RADİOSUNA MÜSAHİBƏ VERİB

24 Oktyabr 2020

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun elmi əməkdaşı Elnur Mustafayev Qarabağ həqiqətlərini dünyanın ərəbdilli ictimaiyyətinə çatdırmağı davam etməkdədir.
Elnur Mustafayev oktyabr 22-də Əlcəzair Dövlət Radiosuna müsahibə verib. Müsahibədə o, Ermənistanın son təxribatları, Gəncə, Tərtər, Ağdam, Goranboy və s. yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması, hücumlar nəticəsində mülki əhaliyə dəymiş maddi və mənəvi zərərlər haqqında ətraflı məlumatları Əlcəzair xalqına çatdırıb. Bununla yanaşı, azərbaycanlı şərqşünas, Qarabağın erməni hərbi qüvvələri tərəfindən işğala məruz qalması, bir milyondan çox insanın öz yurdlarından didərgin düşməsi, işğal olunmuş ərazilərdə ermənilərin qeyri-qanuni şəkildə məskunlaşdırılması, o cümlədən həmin ərazilərdə Azərbaycana məxsus maddi, mədəni və dini abidələrin dağıdılması və digər məsələlər barəsində informasiyaları qeyd edib.