Məqalədə Qarabağ ərazisinin qədim Azərbaycan torpaqları olduğu tutarlı tarixi faktlar və beynəlxalq qərar və qətnamələr əsasında qeyd olunur. Akademik G.Baxşəliyeva öz məqaləsində Ermənistanın hərbi-siyasi hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti, Xocalı soyqırımının nəticələri haqqında geniş məlumat verir. Bununla yanaşı, akademik Gövhər Baxşəliyeva məqalədə Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməni qeyd edir və qətnamələrdə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın qədim torpağı olan Qarabağı işğal etməsinin vurğulandığı, həmçinin işğal olunmuş əraziləri dərhal tərk etmək tələbi barəsində maddələrə toxunur.