Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA S.C.PİŞƏVƏRİ HAQQINDA KİTAB NƏŞR OLUNUB

29 Sentyabr 2020

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin 2009-cu ildə Bakıda Azərbaycan dilində, daha sonra Tehranda (İran) farsca və Trabzonda (Türkiyə) türkcə çap edilmiş “Mübarizə burulğanında keçən ömür - Seyid Cəfər Pişəvəri (Həyatı və ictimai-siyasi fəaliyyəti)” kitabı rus dilində nəşr olunub.

“Жизнь прожитая в водовороте борьбы - Сейид Джафар Пишевари (Жизнь и политическая деятельность)” kıtabında Cənubi Azərbaycanın görkəmli ictimai və siyasi xadimi, mütəfəkkir ziyalısı  Seyid Cəfər Pişəvərinin həyat yolu və mübarizəsindən bəhs edilir. Kitabda çoxsaylı  mənbələr və sənədlər əsasında . S.C.Pişəvərinin  55 illik həyatının çalarları, Cənubi Azərbaycanda milli-demokratik hərəkatda xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra həyatının son günləri tədqiq və təhlil edilir. Burada S.C.Pişəvərinin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, mübarizə meydanında olduğu məqamlardan, zindan divarları arasındakı keçirdiyi günlərdən bəhs edilir, Pişəvəri ilə bağlı müxtəlif sənədlər, müraciətlər, məktublar, zindan dəftərlərindən xatirələr təqdim edilir.



Kitab geniş oxucu kütləsi, orta və ali təhsil müəssisələrinin şagird və tələbələri, S.C.Pişəvəri irsi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.