Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞLARI SƏMƏRƏLİ ELMİ FƏALİYYƏTLƏRİNİ EVDƏN DAVAM ETDİRİRLƏR

28 Aprel 2020

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Hökuməti tərəfindən aparılan proflaktik təbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları sırasında AMEA, o cümlədən akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun da əməkdaşları mart ayının 29-dan may ayının 4-dək məzuniyyətdədirlər.

Bu məzuniyyət müddəti ərzində hamı kimi Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin əməkdaşları da öz elmi fəaliyyətlərini davam etdirirlər, xüsusilə də qəbul edilmiş illik plan işlərinin yerinə yetirilməsi ilə məşğul olurlar.

Şöbənin müdiri, tatix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə bildirib ki, əməkdaşlar illik plan işi üzrə öz mövzuları ilə bağlı internet vasitəsilə material toplayıb, plan işi üzrə mətnlərin tərtibi və yazılması ilə məşğul olub, müvafiq məqalə və publisistik yazılar hazırlayaraq İnternet səhifələrinə yerləşdiriblər: “Şöbənin bütün əməkdaşları plan işi mövzusu olaraq “Cənubi Azərbaycan tarixinin oçreki (1917-1979-cu illər)”, 2-ci cild üzərində işləyirlər. Mövzu 3 il müddətinə tamamlanmalıdır.



“Evdəqal” kompaniyası müddətində də şöbə əməkdaşları ilə daimi telefon və internet əlaqəsi saxlanılmış, onlar öz aralarında elmi araşdırmaların icrası ilə bağlı fikir mübadiləsi aparılmışlar.

Bu müddət ərzində mən özüm illik plan işi üzrə mətni tam şəkildə yazaraq hazırlanmışam, mətn üzərində müvafiq elmi redaktə işləri aparılır. Azərbaycan Demokrat Firqəsinin  orqanı “Azərbaycan” qəzetinin 2-ci cildinin Saleh Dostəliyev tərəfindən transliterasiya edilmiş mətnləri üzərində redaktə işləri ilə məşğul olmuşam. Artıq 1120 səhifə üzərində işlər tamamlanmışdır. ADF MK üzvü Mirvahab Əfxəminin 1946-cı il mühacirətindən keçən uzun illərdən sonra 1978-ci ildə yenidən Təbrizə qayıdaraq firqə orqanı “Azərbaycan” qəzetinin nəşrinin bərpasında fəaliyyəti və həmin dövrdə Azərbaycanın digər milli fəalları sırasında onun da keçdiyi mübarizə yolu, həbsi və edamı barədə yazı hazırlayıb “Mühacir” saytında çap etdirmişəm. Yenə də həmin mübarizlər sırasında olmuş ADF MK-nın üzvü, sədrin müavini, 1978-ci ildə Təbrizə gedərək Firqənin və onun yerli özəklərinin fəaliyyətini bərpa və Azərbaycan milli varlığı, mədəniyyəti və suverenliyi uğrunda uzun illər mübarizə aparmış Firqənin işini təşkil etmiş Ənuşirəvan İbrahimi haqqında da iri həcmli bir elmi məqal hazırlamışam. Ş.M.Xiyabani hərəkatının 100 illiyi münasibtilə İnternet səhifələrində oxucuların diqqətinə ilk dəfə elmi dövriyyəyə cəlb edilə biləcək 10-a yaxın yazılı material yerləşdirmişəm.

Şöbəmizdə təcrübə keçən Azərbaycan Turizm və Menecment Universitetinin “Xidmət mühəndisliyi” fakültəsində Qafqaz üzrə Regionşünaslıq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi İsayev Samirlə də mütəmadi əlaqə saxlanılmış, ona lazım olan tapşırıqlar da verilmişdir. O, təhsil aldığı universitet tərəfindən cari ilin 17 fevralından may ayının 25-ə kimi Şərqşünaslıq İnstitutunda təcrübə keçmək üçün göndərilmişdir və 11 mart tarixindən isə təcrübəsini şöbəmizdə davam etdirmişdir. Samir diqqətlidir, demək olar ki, şöbənin bütün əməkdaşları ilə təmas qurmağı bacarmış, onlarla ayrı-ayrılıqda söhbətlər aparmış, elmi işləri ilə maraqlanmışdır. Mütaliəsi güclüdür, Məşrutə inqilabı, Xiyabani və 21 Azər hərəkatı ilə bağlı ona təqdim olunmuş ədəbiyyatı oxuyur, hadisələri daha doğru-düzgün mənimsəmək üçün şöbə əməkdaşlarına suallarla müraciət edir, məsləhətlər alır, bu günə kimi mənimlə də telefon və internet vasitəsilə əlaqə saxlayır, gördükləri işlər barədə hesabat verir, gördükləri işlərin nəticəsi qənaətbəxşdir”.