Bu və ya digər məqsədlə yazılmış bəzi əsərlərdəki epizodik məlumatlar istisna olmaqla, tədqiq edilən regionun toponimiyası, xüsusən onun oykonimiyası indiyə qədər nə İranda, nə də respublikamızda ayrıca tədqiq obyekti olmayıb. Buna görə də bu əsərdə ilk təşəbbüs olaraq Cənubi Azərbaycan oykonimiyası toplanıb və sistemləşdirilib, onların qeydə alındığı mənbə və məxəzlər nəzərdən keçrilib, ayrı-ayrı paleo və mezooykonimlərin, imkan daxilində ilkin forma və variantları bərpa edilib, oykonimik adların yaranma və törəmə, meydana gəlmə və normalaşma yolları müəyyənləşdirilib, leksik-semantik qrupları (etnooykonimlər, antropooykonimlər, fitooykonimlər, orooykonimlər, hidrooykonimlər, əlamət və keyfiyyət bildirən oykonimlər və s.) aydınlaşdırılıb.