Fevralın 17-dən başlanan istehsalat təcrübəs 14 həftəni əhatə edəcək və may ayının 25-də başa çatacaq.
Azərbaycan Turizm və Menecment Universitetinin “Regionşünaslıq” ixtisası üzrə tələbəsi Samir İsayev AMEA akad.Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsi keçir.
Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, f.ü.f.d Lalə Bayramovanın təşkil etdiyi istehsalat təcrübəsini S.İsayev institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin rəhbərliyi altında keçir. İstehsalat təcrübəsi prosesi institutun Türkiyə tarixi və İqtisadiyyatı, Türkiyə filologiyası, Cənubi Azərbaycan, İran tarixi və iqtisadiyyatı və İran filologiyası şöbələrində keçəcək.
Fevralın 17-dən başlanan istehsalat təcrübəs 14 həftəni əhatə edəcək və may ayının 25-də başa çatacaq.