Tədbirdə Şərqşünaslıq İnstitutunun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev tədbirin planını, keçirilmə məqsədini iştirakçılara çatdırıb. Tədbirdə Mülki Müdafiə qüvvələrinin vəzifələri iştirakçılara çatdırılıb və fövqəladə hallar baş verən zaman praktiki vərdişlərin təkmilləşdirilməsi fəaliyyətinin məşqi aparılıb.
Tədbirdə ilkin tibbi yardım göstərilməsi ilə bağlı film nümayiş etdirilib.
Məşqlərin sonunda Şərqşünaslıq İnstitutunun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev məşq iştirakçılarının suallarını cavablandırıb.