Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş etmiş, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaratmış İmadəddin Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Ötən əsrin 70-ci illərində Ulu Öndərin səyi nəticəsində Nəsiminin 600 illik yubileyi UNESCO səviyyəsində qeyd olundu və beləliklə Nəsimi irsinin hərtərəfli və sistemli şəkildə araşdırılması sürətləndi. Nəsimi yaradıcılığının Şərqin bir çox xalqlarının ədəbiyyatına, ictimai-siyasi və fəlsəfi fikrinə böyük təsir etdiyini bildirib.
S.Şıxıyeva Prezident İlham Əliyevin sərəncamları ilə görkəmli şairlərin, yazıçıların yubileylərinin müntəzəm keçirilməsinin, onların xatirə abidələrinin yaradılmasının ədəbiyyatımıza göstərilən qayğının nümunəsi olduğunu ifadə edib. “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin, həmçinin UNESCO və digər beynəlxalq təşkilatlarla müvafiq sahədə əməkdaşlığın zəngin mədəniyyətimizin dünyada daha çox təbliğ olunmasına müsbət təsir etdiyi qeyd olunub.