Görüşdə İran nümayəndələrindən başqa bir çox ölkələrdən, o cümlədən Avstraliya, Türkiyə, Pakistan, Hindistan, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Özbəkistandan gəlmiş ekspertlər, alimlər, arxiv və kitabxana işçiləri iştirak ediblər. Bu tədbirdə ölkəmizi AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini akademik Şahin Mustafayev təmsil edirdi. İki gün ərzində tədbir iştirakçıları öz ölkələrində UNESCO-nun “Dünya yaddaşı” proqramının məqsəd və layihələrinə uyğun istiqamətdə görülən işlər, İpək Yolu tarixi və mədəniyyəti ilə bağlı olan mövcud yazılı və sənədli abidələr, onların əsasında ortaq beynəlxalq layihələrin və nominasiyaların irəli sürülməsi və həyata keçirilməsi imkanları ətrafında məruzələr edib və geniş müzakirələr aparıblar. Ş.Mustafayevin Azərbaycanın qədim İpək Yolu ilə bağlı tarixi, zəngin yazılı mədəni irsi və geniş beynəlxalq əməkdaşlıq potensialı haqqında etdiyi məruzə iştirakçılar tərəfindən maraqla qarşılanmış və alqışlanmışdır.