Print this page

GƏNC ŞƏRQŞÜNAS MÜKAFATLANDIRILDI

12 Aprel 2019

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 5 fevral 2019-cu il tarixli sərəncamına əsasən AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir.

 

3 aprel 2019-cu il tarixində  AMEA Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm Günü” ilə əlaqədar keçirilən “Gənc qadınlar elmdə” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib. “Gənc qadınlar elmdə müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülmüşdü. Müsabiqəsinin nəticələrinə görə  III yerə layiq görülənlər sırasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin böyük  elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyeva da var.

Qeyd edək ki, qaliblərə I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün isə 1500 manat məbləğində pul mükafatları və diplomlar təqdim olunub.