Məqalədə Azərbaycan və ərəb dünyası arasındakı tarixi-mədəni körpülərdən bəhs edilir və professor Aida İmanquliyevanın bu istiqamətdə ədəbi-mədəni əlaqələr probleminin nəzəri tədqiqi sahəsində xidmətləri ilə yanaşı, onun bu yöndə aparılan elmi işlərin təşkilində və istiqamətləndirilməsində fəal iştirakı da göstərilir. Yazıda ərəbşünas alimin məhcər ədəbiyyatını Azərbaycan ərəbşünalığınqda ilk dəfə sistemli tədqiqat obyektinə çevirməsi qeyd edilir, bundan əlavə ərəb dilindən Azərbaycan dilinə etdiyi tərcümələrə və Azərbaycan-ərəb ədəbi əlaqələrinin ayrıca elmi problem kimi formalaşdırılmasındakı müstəsna roluna diqqət çəkilir.