Müsahibədə ərəb dilinin Azərbaycanda öyrənilməsinin tarixindən danışan G.Qafqazlı bu gün ərəb ölkələri ilə əlaqlələrin genişlənməsi fonunda bu dilə tələbatın artdığını bildirib. Uzun illərdir ərəb dilini tədris edən və ərəb dili dərsliklərinin müəllifi olan şərqşünas alim Azərbaycanda bu dili öyrənən tələbələrin qarşılaşdıqları çətinliklərdən, Səudiyyə Ərəbistanının dilin tədrisinə göstərdiyi dəstəkdən bəhs edib. G.Qafqazlı Azərbaycanda ərəb dilini öyrənənlərin bu dilin daşıyıcıları ilə birbaşa ünsiyyətdə olmalarının vacibliyini qeyd edib.
Ərəbşünas alim iki ölkə arasında mədəni və dil əlaqələrinin möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb, öz təkliflərini irəli sürüb və bu sahədə tələbə və müəllim mübadiləsinin xüsusi əhəmiyyətini vurğulayıb.