Konfransda həm moderator, həm də məruzəçi kimi iştirak edən N.Məmmədov “Türkiyədə Ədalət və İnkişaf Partiyasının seçki vədlərinin təhlili (2002-2015-ci illər)" mövzusunda məruzə edib. Şərqşünas alim Ədalət və İnkişaf Partiyasının 2002-2015-ci illərdə qatıldığı beş parlament seçkisi zamanı irəli sürdüyü seçki bəyannamələri və orda irəli sürülən vədlər, həmin vədlərin hansı səviyyədə reallaşdırılması məsələlərini təhlil edib və əsas nəticələri diqqətə çatdırıb.