Print this page

Şərqşünaslıq İnstitutunun əməkdaşı elmi seminarda məruzə edib

18 İyun 2026

İyunun 16-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu PHŞ-də Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar olaraq seminar təşkil olunub. Seminarı giriş sözü ilə institutun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova açıb və müzakirə olunan elmi mövzunu seminar iştirakçılarının diqqətinə çatdırdıqdan sonra sözü məruzəçiyə verib.  

 

Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Rəqəmsal şərqşünaslıq və süni intellekt” şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova “İnsan hüquq və azadlıqlarının müdafiəsinin beynəlxalq hüquqi standartları: Avropa Konvensiyası və digər dövlət orqanlarının fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Mövzü ətrafında geniş müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.