Şamşəddin Kərim rəhbərlik etdiyi Mərkəz barədə danışıb. Akademik G.Baxşəliyeva isə Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar, xüsusən də ərəbşünaslıq və türkologiya sahəsində görülən işlər barədə qonağa məlumat verib. Ş.Kərim Şərqşünaslıq İnstitutunun fəaliyyətindən məmnun qaldığını bildirib.
Ş.Kərim daha sonra Şərqşünaslıq İnstitutunun elmi şöbələrində əməkdaşlarla görüşərək aparılan tədqiqatlar barədə söhbət edib, fikir mübadiləsi aparıb.