Print this page

Şərqşünaslıq İnstitutunun kitabları Ankarada Azərbaycan Türkcəsi Tədris Ocağına hədiyyə edilib

26 Aprel 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kitabları Ankarayada Türkiyədəki Səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan Türkcəsi Tədris Ocağının kitabxanasına hədiyyə edilib.



Türkiyədə səfərdə olan Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev aprelin 26-da Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri dr. Şəhla İbişovayla görüşdə kitabları təqdim edib. Şərqşünas alim görüşdə İnstitutun fəaliyyəti və tədqiqatları haqqında ətraflı məlumatları paylaşıb.

Məlumat üçün qeyd edək ki, sözü gedən tədris ocağında ali təhsil ocaqlarında təhsil alan türkiyəli tələbələrə və digər xarici ölkələrin vətəndaşlarına Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və mədəniyyəti tədris olunur. Şəhla İbişova son dövrlər Türkiyədə Azərbaycan dilinə böyük maraq və diqqət olduğunu, dünyanın müxtəlif ölkələrindən Türkiyəyə təhsil almağa gələn universitet tələbələrinin mərkəzə gələrək Azərbaycan dilini öyrəndiklərini və Azərbaycanla bağlı biliklərini artırdıqlarını bildirib.