Məqalədə professor Süleyman Doğan institutun direktoru, alademik Gövhər Baxşəliyeva ilə görüşünü yüksək dəyərləndirib, rəhbərlik tərəfindən göstərilən diqqət və elmi mühitin səviyyəsini xüsusi vurğulayıb. Eyni zamanda Şərqşünaslıq İnstitutunda keçirilmiş mühazirə və ona göstərilən maraq barədə də geniş bəhs olunub.
Diqqətəlayiq məqamlardan biri də ondan ibarətdir ki, müəllif Azərbaycanda bu tədbirlə bağlı yayımlanmış xəbəri Türkiyə nəşrindəki məqaləsinə tam şəkildə Azərbaycan dilində daxil edib. Bu isə Şərqşünaslıq İnstitutunun fəaliyyətinin və elmi tədbirlərinin beynəlxalq elmi ictimaiyyətə birbaşa təqdim olunmasına xidmət edir.
Qeyd edək ki, bu məqalənin Türkiyə elmi məkanında yayılması Şərqşünaslıq İnstitutunun beynəlxalq əlaqələrinin genişlənməsi, elmi fəaliyyətinin tanıdılması və Azərbaycan elminin nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.