Məqalədə XX əsrin ikinci yarısında rus və Azərbaycan ədəbiyyatında “şəhər nəsri”nin formalaşması və inkişafı araşdırılır. Müəllif bu nəsr istiqamətində müasir insanın mənəvi dünyasının, cəmiyyətlə fərd arasındakı ziddiyyətlərin və dövrün əxlaqi dəyərlərinin necə əks olunduğunu təhlil edir. Araşdırmada şəhər nəsrinin müxtəlif mərhələlərdə ideoloji çərçivələrdən çıxaraq daha çox insanın daxili aləminə və psixoloji problemlərinə yönəldiyi göstərilir. Həmçinin, mənəvi stereotiplərin zamanla dəyişməsi, onların sosial-siyasi şəraitlə əlaqəsi və ədəbi obrazlarda təcəssümü müqayisəli şəkildə izah olunur. Məqalədə rus və Azərbaycan nəsri paralel şəkildə nəzərdən keçirilərək şəhər mühitinin insan xarakterinin formalaşmasına təsiri müəyyənləşdirilir.