Print this page

Şərqşünas alim Ukraynada keçirilən beynəlxalq konfransda iştirak edib

03 Aprel 2026

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin  aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə martın 27-də  Ukraynada  keçirilən  "Müasir dünyada mövcud elmi tədqiqatlar" adlıbeynəlxalqelmi konfransda  onlayn iştirak edib.

 

Şərqşünas alim “Birincitürkoloji qurultayin repressiya qurbanları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultaya və bu qurultayda iştirak edən repressiyaya məruz qalmış alim türkoloqlara bəhs edilib. Çıxışda bu qurultayda XX əsrin əvvəllərində türkoloji elmi-mədəni mühitin ən aktual məsələlərinə: dilçilik, latın əlifbası, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya, metodika sahələrində ən aktual problemlərin həllinə, mövcud səviyyəsinə və inkişaf etdirilməsi yollarına toxunulub. Məruzəçi qurultayda iştirak etmiş repressiyaya məruz qalmış alim türkoloqlar haqqında araşdırmalarının və təhlillərinin nəticələrini diqqətə çatdırıb.