Print this page

Şərqşünas alim Qazaxıstanda keçirilən beynəlxalq elmi seminarda məruzə edib

03 Aprel 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva aprelin 3-də Qazaxıstanın Astana şəhərində yerləşən Qazax Aqro-Texniki Tədqiqat Universitetində keçirilən "Süni intellekt texnologiyalarının təhsil mühitinə inteqrasiyası: nəzəriyyə, təcrübə və gələcək tendensiyalar" adlı beynəlxalq elmi seminarında onlayn iştirak edib.



Şərqşünas alim seminarda “Suni intellekt vasitəsilə şumer məktəb lövhələrinin və mətnlərinin öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, dünyanın ilk yazı sistemini  (mixi yazıları ) e.ə. lll minillikdə şumerlər  yaratmış, bu xalq tərəfindən zəmanəmizədək irili-xırdalı 150 sayda  gil lövhələr çatmışdır. Bunların bəziləri tədqiq olunsa da, digərlərini oxumaq çox çətindir, çünki gil lövhələrin əksəriyyəti zədəli şəkildə tapılmış, işarələrin sayı çox olmuş, bunları araşdıran mütəxəssislər də az sayda qalmışdır. Bu cəhətdən süni intellekt vasitəsilə şumer məktəb mətnlərini, o cümlədən, ədəbi nümunələrini  öyrənmək və araşdırmaq bu işi asanlaşdırır.