Print this page

E L A N - I BEYNƏLXALQ TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ SİMPOZİUMU

29 Mart 2026

Qars Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani Tədqiqat və Tətbiqat Mərkəzi ilə İlahiyyat fakültəsinin təşkilatçılığı, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun ev sahibliyi ilə 29 aprel 2026-cı il tarixində Türk dünyasının qədim mədəniyyət mərkəzlərindən biri olan Bakı şəhərində I BEYNƏLXALQ “TÜRK DÜNYASINDA MƏDƏNİYYƏT VƏ DƏYƏRLƏRİN İZLƏRİ” simpoziumu keçiriləcək.

 

Türkiyə, Azərbaycan və Özbəkistanın nüfuzlu akademik qurumlarının strateji tərəfdaşlığı ilə ərsəyə gələn bu simpozium, türk xalqları arasındakı mənəvi və mədəni bağları elmi platformada möhkəmləndirməyi hədəfləyən beynəlxalq təşəbbüsdür. Əsas məqsədimiz Türk dünyasının tarixi dərinliklərindən gələn mədəni kodları, kimliyimizi formalaşdıran etik dəyərləri və minillik ortaq mirasımızın izlərini fənlərarası baxış bucağından yenidən kəşf etmək və qlobal akademik ictimaiyyətin müzakirəsinə təqdim etməkdir.

Bakıda reallaşacaq bu elm bayramı “dildə, fikirdə və işdə birlik” idealına xidmət edərək, Türk-İslam sivilizasiyasının ənənəsindən müasir mədəni kimlik quruculuğuna qədər geniş spektrdə fikir mübadiləsinə imkan yaradacaqdır. Bu əhəmiyyətli tədbirdə iştirakınız ortaq gələcəyimizin mədəni təməllərini gücləndirmək baxımından müstəsna önəm kəsb edir.

 

SİMPOZİUMUN ƏSAS MÖVZULARI

I.Mədəni irs və ortaq dəyərlər

Türk Dünyasında mədəni inteqrasiya və kimlik axtarışı

Maddi və qeyri-maddi mədəni irsin qorunması

Ənənəvi dəyərlərin müasir cəmiyyətdə təzahürləri

II.           Dil, ədəbiyyat və mətn tədqiqatları

Türk ləhcələri arasında qarşılıqlı təsir və ortaq terminologiya

Klassik türk ədəbiyyatında əxlaqi və fəlsəfi mövzular

Əlyazma əsərlərin elmi dövriyyəyə daxil edilməsi

III.          Tarix, inanc və sosial quruluş

Tarixi prosesdə türk boylarının mədəni qarşılıqlı təsirləri

Türk Dünyasında dini və mənəvi cərəyanların izləri

Türk xalqlarında ictimai quruluş və ənənəvi hüquq sistemi

Yuxarıda göstərilən mövzularla yanaşı, əsas istiqamətə uyğun olaraq Türk Dünyasına həsr olunmuş digər elmi və sanballı tədqiqat işləri də qəbul ediləcəkdir.

 

ÖNƏMLİ TARİXLƏR

•Məruzə tezislərinin son təqdimetmə tarixi: 10 aprel 2026

•Qəbul olunmuş məruzələrin elan edilməsi: 15 aprel 2026

•Tam mətnlərin təqdim olunması: 30 may 2026

•Simpoziumun keçirilmə tarixi: 29 aprel 2026

 

SİMPOZİUMUN KEÇİRİLMƏ YERİ

AMEA Şərqşünaslıq İnstitutu / Bakı

 

TƏRƏFDAŞ QURUMLAR

Qafqaz Universiteti (Əbül-Həsən Xaraqani Tədqiqat və Tətbiqat Mərkəzi / Türkiyə)

Qafqaz Universiteti (İlahiyyat fakültəsi / Türkiyə)

Azərbaycan Milli Elmlər Akademiyası (Şərqşünaslıq İnstitutu / Azərbaycan) Azərbaycan Milli Elmlər Akademiyası (Əlyazmalar İnstitutu / Azərbaycan) Amasya Universiteti (İlahiyyat fakültəsi / Türkiyə)

Xəzər Universiteti (Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu / Azərbaycan) Azərbaycan İlahiyyat İnstitutu

 Gəncə Dövlət Universiteti (Azərbaycan) Beynəlxalq Buxara Universiteti (Özbəkistan)

 

İŞTİRAK VƏ MÜRACİƏT ŞƏRTLƏRİ

Dil: Azərbaycan dili, Türk dili və türk ləhcələri, İngilis dili.

Xülasə formatı: Xülasələr 200-300 söz aralığında olmalı, açar sözləri ehtiva etməli və akademik standartlara uyğun hazırlanmalıdır.

Format: Simpozium həm əyani (üz-üzə), həm də onlayn olmaqla HİBRİD üsulla keçiriləcəkdir.

Əlaqə: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

SİMPOZİUMA TƏQDİM OLUNACAQ XÜLASƏ VƏ TAM MƏTNLƏRƏ DAİR

YAZI QAYDALARI

Simpozium çərçivəsində təqdim olunacaq məruzələrin tam mətnləri aşağıda qeyd olunan yazım qaydalarına uyğun hazırlanmalıdır. Göstərilən qaydalara cavab verməyən tədqiqat işləri dəyərləndirməyə alınmayacaqdır.

 

ÜMUMİ PRİNSİPLƏR

Həcm: Tam mətnlər, ədəbiyyat siyahısı xaric olmaqla, ən az 3000, ən çox 7000 sözdən ibarət olmalıdır. Bu həddi aşan işlər, Elmi Heyət tərəfindən xüsusi istisna kimi qəbul edilmədiyi təqdirdə, simpozium katibliyi tərəfindən rədd ediləcəkdir.

Məsuliyyət: Tam mətnlərdə simpozium heyəti tərəfindən hər hansı dil və ya məna düzəlişi edilməyəcəkdir. Orfoqrafik, qrammatik və məna xətalarına görə məsuliyyət tamamilə müəlliflərin üzərinə düşür.

Format: Mətnlər Windows əməliyyat sistemi üçün Microsoft Word (2003 və ya daha yuxarı versiya) proqramında hazırlanmalıdır.

 

MÜƏLLİF(LƏR) HAQQINDA MƏLUMAT

Müəllif adları aşağıdakı qaydada verilməlidir (məlumatlar alt və ya üst başlıq şəklində verilməməlidir):

Müəllifin Elmi Dərəcəsi, Adı, Soyadı

Müəllifin iş yeri (qurum), fəaliyyət sahəsi, e-poçt ünvanı, ORCID kodu.

 

XÜLASƏ (ÖZET / ABSTRACT) VƏ AÇAR SÖZLƏR

Tam mətndə ən az 200, ən çox 300 sözdən ibarət Azərbaycan/Türk (Xülasə/Özet) və İngilis (Abstract) dillərində xülasələr olmalıdır.

Xülasələrin sonunda ən az 3, ən çox 5 sözdən ibarət Açar sözlər (Keywords) qeyd edilməlidir.

 

SƏHİFƏNİN ÖLÇÜLƏRİ

Kağız ölçüsü: A4 şaquli (tam mətndə üfüqi səhifələrə yer verilməməlidir).

Kənar boşluqları: Yuxarı, aşağı, sağ, sol – 2,5 sm.

Şrift: Times New Roman (hər iki tərəfdən düzləndirilmiş).

Şrift ölçüsü: Başlıqda 12, mətndə 11, xülasələrdə 10, iqtibas və qeydlərdə 8 punto. Abzas boşluğu: Əvvəl 6 nk – sonra 6 nk.

Abzas başlığı: 1,5 sm daxildən başlamalıdır. Sətirarası məsafə: 1,15 sm.

Səhifə nömrəsi: Zəhmət olmasa, sənədə səhifə nömrəsi QOYMAYIN.

 

BAŞLIQLARIN NÖMRƏLƏNMƏSİ

Tədqiqat işinin bölmələri GİRİŞ hissəsindən etibarən nömrələnməlidir. ANA BÖLMƏ BAŞLIQLARI BÖYÜK HƏRFLƏ, alt başlıqların isə yalnız ilk hərfləri böyük yazılmalıdır.

 

MƏNBƏLƏR (İSTİNAD QAYDALARI)

Mənbələrin göstərilməsində APA 7 standartlarından istifadə edilməlidir. Mətnin sonunda MƏNBƏLƏR başlığı altında istifadə olunan ədəbiyyat siyahısı müəllif soyadına görə əlifba sırası ilə verilməlidir. Mətn daxilində istinadlar (Müəllifin soyadı, İl: Səhifə No) və ya (Müəllifin soyadı, İl) formatında olmalıdır. Haşiyədə (dipnot) istinad üsulundan istifadə edilməməlidir.

Kitab: Müəllifin Soyadı, Adı. (İl). Kitabın adı (italik). Nəşr yeri: Nəşriyyat adı.

Məqalə: Soyadı, A. B. (İl). Məqalənin adı. Jurnalın Adı (italik), Cild(Say), Səhifə aralığı. DOI və ya URL.

 

NƏŞR İMKANLARI

Konfrans kitabında nəşr: Tam mətnlər ISBN nömrəli simpozium materialları kitabında yayımlanacaqdır. Bunun üçün hər hansı ödəniş tələb olunmur.

Tam mətnlər yazım qaydalarına uyğun hazırlanaraq 30 mart 2026-cı il tarixinədək This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilməlidir.

 

SİMPOZİUMUN TƏŞKİLAT KOMİTƏSİ