Polşalı alimlər Varşava Universitetinin fəaliyyəti və Azərbaycan Araşdırmaları Mərkəzində görülən işlər barədə məlumat veriblər. Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar və institutun beynəlxalq əlaqələri barədə danışıb.
Görüşdə Varşava Universiteti ilə Şərqşünaslıq İnstitutu arasında da elmi əlaqələrin qurulmasının labüdlüyündən söz açılıb və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflərin qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi tədbirlərin təşkili, elmi ədəbiyyat mübadiləsi, elmi jurnallarda məqalələrin dərci və s. imkanlar nəzərdən keçirilib. Qarşılıqlı əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyi bildirilib.