Məqalədə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin milli memarlıq irsinin qorunması və müasir şəhərsalma prinsiplərinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilir. Xüsusilə Qarabağ bölgəsində həyata keçirilən layihələrin tarixi irsin qorunması ilə müasir memarlıq yanaşmalarının vəhdətini təmin etməyə yönəldiyi vurğulanır. Müəllif bu prosesin Qarabağın gələcək nəsillər üçün davamlı və mədəni baxımdan dəyərli yaşayış məkanına çevrilməsinə xidmət etdiyini diqqətə çatdırır.