Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri, fəaliyyəti, nəşrləri barədə danışan akademik Gövhər Baxşəliyeva institutda Özbəkistanla da bağlı tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, məqalələrin yazıldığını, konfranslarda məruzələrin edildiyini vurğulayıb.
Professor M.Yuldaşev Daşkənd İqtisadi və Pedaqoji Universitetin fəaliyyəti barədə məlumat verib.
Görüşdə müəssisələr arasında qarşılıqlı elmi əlaqələrin yaradılmasının və bu əsasda birgə tədqiqatlar aparılmasının, alimlərin qarşılıqlı elmi səfərlərinin təşkilinin hər iki tərəfə böyük fayda verəcəyi bildirib.