Dövlətin gənclər siyasətinin bu gün Ümummilli Liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını deyən akademik G.Baxşəliyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə, sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü müasir dövrdə Azərbaycan gənclərinin ictimai, mədəni və siyasi proseslərdə rolundan danışaraq, dövlətimizin gənclərə xüsusi qayğısını qeyd edib. Şərqşünaslıq İnstitutunun gənc alimlərinin elmi potensialını yüksək qiymətləndirən R.Cümşüdlü onların institutun ictimai həyatında da fəal olduqlarını bildirdi.
Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev gənclər siyasətinin dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olduğunu deyərək, bun gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olduqlarını, ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verdiyini, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak etdiyini bildirib. Azərbaycanın gənc alimlərinin elmi inkişaf perspektivlərini yüksək dəyərləndirən E.Mustafayev, Şərqşünaslıq İnstitutunun gənc alimlərinin öz elmi uğurları ilə xüsusi seçildiyini vurğulayıb.
Tədbirdə bir qrup gənc alimə Şərqşünaslıq İnstitutunun Fəxri Fərmanları təqdim edilib. Fəxri Fərmanları institutun direktoru akademik Gövhər Baxşəliyeva və elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü təqdim ediblər.
Sonda elmi işçi Nərminə Mustafayeva təltif edilənlər adından gənc alimlərə yüksək dəyər verdiyinə görə insitutut rəhbərliyinə təşəkkürünü bildirib.