Print this page

Əlcəzairli alim ölkəsinin “Şüruq” qəzetində Şərqşünaslıq və Əlyazmalar İnstitutlarında keçirdiyi görüşlərdən yazıb

05 Yanvar 2026

Ötən ay Azərbaycanda elmi səfərdə olmuş Konstantin Universitetinin baş müəllimi, Məğrib İslam Sivilizasiyası üzrə Tədqiqatlar Laboratoriyasının müdiri tarix elmləri doktoru Hüseyn Bubidi vətəninə geri döndükdən sonra öz səfər təəssüratlarını ölkəsinin ən nüfuzlu rəsmi dövlət qəzetlərindən biri olan "Şüruq"da bölüşüb.

H.Bubidi həmin universitetin müəllimləri, tarix elmləri doktorları Həmzə Qadiri və Murad Bileydi ilə birgə Bakıda səfərdə olmuşdu.



Əlcəzairli alim “Əlcəzairin Konstantin şəhərindən Azərbaycanın paytaxtı Bakı şəhərinə elmi səfər” adlı məqaləsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri ilə görüşlərindən, bu elmi müəssisələrin fəaliyyəti, burada tanış olduğu kitablardan və əlyazmalardan bəhs edib. Azərbaycanlı alimlərin ərəbşünaslıq sahəsində elmi fəaliyyətlərini dəyərləndirən müəllif, onlar haqqında yüksək fikirlərini bölüşüb.

H.Bubidi AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşünü xüsusi qeyd edib və onun ərəbşünaslıq sahəsində xidmətlərini yüksək dəyərləndirərib.

H.Bubidi Bakı səfərində onları müşaiyət edən Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin elmi və ərəb dili bikliklərindən heyranlığını da gizlətməyib.