Proqram iki əsas hissədən ibarətdir. “İdarəçiliyin həyata keçirilməsi: əsas prinsiplər” hissəsi dəyişən dünyada qərar qəbuletmə prosesi haqda bilikləri və şəxsi strategiyaları necə inkişaf etdirməli suallarını cavablandırmaq və s. üçün bilik və səriştələri ehtiva edir. “Ritorika: inandırıcı yazı və ictimai natiqlik sənəti” adlı hissə fikirləri effektiv şəkildə ifadə etmək üçün kommunikasiya texnikalarına və strategiyalarına diqqət yetirir. Ritorik strukturu və üslubu araşdırmaq və təhlil etmək üçün iyirminci əsrin görkəmli siyasətçilərinin - Martin Lüter Kinq, Con Kennedi, Ronald Reyqan və başqalarının seçilmiş çıxışlarından istifadə edilir. Proqramda sosial mediada inandırıcı nitq və süni intellektin ritorika təcrübəsinə təsiri təhlil edilir.