“Yubilyar haqqında” başlıqlı birinci bölümdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Alim ömrünün ziyası”, akademik Nizami Cəfərovun “Ziyalı ömrünün səhifələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün “Alim ucalığı” və digər məqalələr dərc olunub.
“Müasir şərqşünaslığın inkişaf yolları” başlıqlı ikinci bölümdə filologiya elmləri doktoru, professor Mehdi Kazımovun “Üslub məsələsinə dair: XI-XIII əsrlər farsdilli sufi nəsrinin üslubu”, tarix elmləri doktoru, dosent Fərda Əsədovun “Ərəb riyazi coğrafiyasının qədim xalqların Yer və ulduzlu səma haqqında biliklərinin sintezi və inkişafı kimi təşəkkülü”, filologiya elmləri doktoru, professor Lalə Əhmədovanın “XX əsrin ikinci yarısının romanlarında mənəvi stereotiplər”, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin “Azərbaycanda Şərqşünaslıq elminin formalaşması və SSRİ dövründə institutlaşdırılması tarixi”, filologiya elmləri doktoru, dosent Aygün Əlizadənin “Eynulquzat Həmədaninin “Təmhidat”ı ədəbi ənənə işığında” və digər məqalələr yer alır.